Moskvada konsert verdiyi üçün günlərdir sosial şəbəkədə tənqidlərə məruz qalan müğənni Şəbnəm Tovuzlu Xalq artisti Röya Ayxanın müdafiəsinə qalxıb.
SHOWNEWS.AZ xəbər verir ki, o, həmkarının Qazax rayonunda 77 yaşlı Əsmər nənəyə ev tikdirməsini xatırladıb:
"Müğənnilərimizi təhqir etməyə çalışmayın. Röya xanım evində oynayırsa, evində deyib gülürsə, niyə təhqir edirsiz? Nə etməlidir? Röya xanım bir kasıba et tikdirəndə, ev alıb verəndə, bir yaşlı nənəyə ev tikdirəndə (Əsmər nənəni nəzərdə tutur - red) yazdız heç? Onunla yaxın olmasam da, necə insan olduğunu bilirəm".
Ş. Tovuzlu daha sonra onu müdafiə edənlərə təşəkkür edib.
O, həmçinin sosil şəbəkədə onu təhqir edənlərə də cavab verib:
"Siz onsuz da məhv olmusuz. Mənimi məhv edəcəksiz? Mən başı dik gəzən və xalqımı sevən xanımam. Xalq məni sevir ki, bu yerdəyəm".