Xalq artisti Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb.
Müğənni bu barədə şəxsi “İnstagram” hesabında video paylaşıb.
“Crocus City Holl”da baş verən dəhşətli terror hadisəsi hər birimizə çox pis təsir etdi, günahsız insanlar öldü. Heç bir millətin nümayəndəsinə, insanına heç nə olmasın. Allah ölənlərə rəhmət etsin. Rusiyada minlərlə həmvətənlərimiz, qohumlarımız yaşayır. Allah bütün dünyanı, həmvətənlərimizi qorusun. Bu hadisə bir daha insanı düşündürür ki, bizim ölkəni nə qədər həzm etməyənlər var. Ayıq olmağımız çox vacibdir. Bizim rahat yaşamağımızın keşiyində gecə-gündüz nə qədər insan çalışır. Allah dövlətimizi qorusun. Biz dövlətimizə hər zaman güvənirik, lazımi qurumlar bizim rahat yaşamımızı təmin edir. Allah daim onlara güc-güvvət versin. Bu arada, sənət dostum Röyanın və onun komandasının salamat olmasına çox Şükür edirəm”.
Qeyd edək ki, Moskvada ticarət mərkəzində naməlum şəxslər tərəfindən terror aktı törədilib. Çox sayda insan yaralanıb və həlak olub. Ardınca həmin məkanda yanğın baş verib.