Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Atasız uşaq dünyaya gətirmək istəyirlər" - ELZAdan QALMAQALLI SÖZLƏR

"Atasız uşaq dünyaya gətirmək istəyirlər" - ELZAdan QALMAQALLI SÖZLƏR Elzadan gənc həmkarlarına: "Atasız uşaq dünyaya gətirmək istəyirlər"    "Bütün bədənlərini "silkon"la doldurublar. Bunlar Allahı da tanımırlar. Allahı tanımayan öz musiqisini tanıyar? Bir insan ki, öz bədənini bəyənmir..." Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Şəbnəmlə iç üzü" verilişində deyib.  Seyidcahan gənc xanım həmkarlarını sərt şəkildə tənqid edib:  "Onlar bu dəqiqə deyirlər ki, nəyin bahasına olursa olsun mənim altımda bir dənə "Cip" olmalıdır, bir dənə villa olmalıdır. Üzr istəyirəm, nə yolla olur olsun qeyri-qanuni uşaq dünyaya gətirməliyəm. Atasız, anasız, bibisiz, əmisiz, dayısız, xalasız... Bir qanadlı övlad dünyaya gətirməliyəm... Sonra isə həyatımı tək yaşamalıyam, özümə karyera qurmalıyam. Bəzi qızlarımız bu gün bu düşüncədədilər".