Aktrisa Ülviyyə Xəlilbəyli şikayət paylaşımı edib.
OLAY yazır ki, sənətçi yanacaq doldurma məntəqələrinin birində aldadıldığını açıqlayıb:
“Nərimanov ərazisində yerləşən yanacaq doldurma məntəqəsi var. Nə qədər saxtakardılar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyim məbləğə görə vurmurlar. Hər dəfə belə edirlər. Başqa yerdə eyni məbləğə yanacaq doldururam, bilirəm ki, xətt harda dayanmalıdır. Bunlar isə hər dəfə mənə “atırlar”. Özü də elə danışırlar ki, sanki borcum var. Deyir, sürün-sürün, bizim şlanqımız qısadır, çatmır. Elə bir yerə aparır ki, artıq yanacaq doldurma məntəqəsindən çıxıram və heç bir monitoru görmürəm. 7-8 dəfə bu hal təkrarlanıb.
Maşından enib monitora baxmağa utanıram. Cəmi bir dəfə əsəbi vəziyyətimə düşdü. Utanmadan rahat bir şəkildə işçiyə dedim ki, verdiyim məbləğə uyğun vurmasan, dava salacağam. Hər dəfə burada məni aldadırlar. Mən key deyiləm, sadəcə abır-həya edirəm. Bundan istifadə etməyin. Gərək, hər dəfə mən bunu xatırladım sizə ki, saxtakarlıq etməyəsiniz?! Bilmirəm, bunlar tək xanımlara belə edirlər, ya hamıya. Buranın adını çəkmirəm. Amma növbəti dəfə, yenə təkrarlansa, onları rəzil edəcəyəm!”.