Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

ARB-nin də verilişlərinin yayım saatı qısaldıldı

ARB-nin də verilişlərinin yayım saatı qısaldıldı

ARB TV-də yayımlanan 3 verilişin yayım saatı dəyişdirilib.

Bu barədə telekanal məlumat yayıb.

Məlumata görə, Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişi 14:00-16:30, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişi isə 16:30-19:00-da yayımlanacaq.

Bununla da sözügedən verilişlərin müddəti 2 saata yaxın azaldılıb. 
 

Zümrüd Bədəlovanın aparıcısı olduğu "Xəbər-ətər" verilişinin yayım saatı isə uzadılıb. 

Xatırladaq ki, bundan əvvəl ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də verilişinin vaxtının azaldıldığını açıqlayıb.