Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elçin Cəfərov ilk dəfə boşanma xəbərindən danışdı

Elçin Cəfərov ilk dəfə boşanma xəbərindən danışdı

Müğənni Elçin Cəfərov boşanması haqda xəbərlərə cavab verib. 

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Zaurla Günaydın" proqramında danışıb.

Sualları cavablandıran ifaçı "Nə danışsam, xəbərə çevrilir. Elə bir ailə yoxdur orada söz-söhbət olmasın. Bacardığım qədər nümunə olmağa çalışmışam: ailəmdə, sənətimdə. Bəzən insanın özündən asılı olmayan hallar baş verir. Bir işi sona qədər davam etdirirəm. Çalışmışam atan tərəf olmayım, sona qədər mübarizə aparım. Narahat olmayın, hər şey qaydasındadır. Pis məqamlar olmasa, yaxşının qədrini bilmərik. Bu gün elə şeylər var ki, sabah insan daha bir-birinə bağlanır. Xəbər yazanda mənim adımdan yazılsın, kürəkən, yazmayın" reaksiyasını verib.

Xatırladaq ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan bir oğlan övladları var.