Türkiyənin “İmparator” ləqəbli müğənnisi İbrahim Tatlıses evlənmək qərarı alıb.
Bununla bağlı o, özü paylaşım edib. 72 yaşlı sənətçi bildirib ki, seçkilərdə uduzduğu üçün növbəti dəfə ailə qurmaq istəyir:
“Seçkidə uduzdum və evlənirəm. Bütün subaylara salam olsun”.
Xatırladaq ki, ifaçı bu günə qədər 4 dəfə ailəli olub.