Xanəndə Nigar Şabanova sosial mediada haqqında yazılan tənqidlərə cavab verib.
AZXEBER.COM xəbər verir ki, sənətçi üzündəki dəyişiklikləri müzakirə edənlərə sərt sözlər ünvanlayıb.
Fikirlərini şəxsi hesabının hekayə bölməsində yazan Nigar, tezliklə üzündə əməliyyat edəcəyini də etiraf edib:
"Ay xanımlar, mənim üzüm sizə niyə dərd olub? Birincisi xoş deyil, baxmayın. Ikincisi ə yapışmışız bu yetim botoksun yaxasından. Ay küt beyinlilər, botoks elə qırışlar üçündür də. Mən hər zaman üz prosedurlarımı da əməliyyatlarımı da aşikar şəkildə çəkiliş etmişəm, səhfəmdə paylaşmışam. Bəziləri kimi dodağıma gel vurub vitamindi deməmişəm. Mən əsla yanağıma və üzümə heç bir gel edib şişirtməmişəm. Əvvəl 47 kq idim, indi 56 kq. Genetik olaraq üzümüz piylənməyə meyillidir. Hamı da bilir ki, mən hələ 1 dəfə belə üz kiçiltmə əməliyyatı etmişəm, İnşəAllah 2-ci əməliyyat da az vaxtda olacaq. Mənim də dərdimi çəkməyin, televizia və şəkillər məni bir az da dolu göstərir".