Aparıcı, prodüser Tarix Əliyev (Tolik) "instaqram" hesabındakı paylaşımı ilə diqqət çəkib.
O, efirlərdə xalqa məsləhət verən müğənniləri tənqid edib.
Aparıcı paylaşımında "Səhərin gözü açılmamış efirdə namus, qeyrət dərsi keçənlər yenə başlayıblar danışmağa. Yaxşı ki, millət sizi tanımasa da biz yaxşı tanıyırıq. Bəzən deyirəm ki, açasan sandığı, tökəsən pambığı. Bunları başa salasan ki, hər çalıb-oxuyan millətə əxlaq dərsi verə bilməz. Mən bunu etmirəm. Mənim etdiyim sadəcə bu camiyədəki "xalaları" və "kişicikləri" yerində otuzdurmaqdır. Kiminsə hünəri var, mənim səhvimi tutsun. Belə bir veriliş açacağam, qeyrət namus dərsi verərnlərə. Gəlib halal zəhmətinizlə əldə etdiklərinizdən danışarsınız." sözlərini qeyd edib.