Hülya Avşarın evlilik haqqında səsləndirdiyi fikirlər Türkiyə mediasında gündəm olub.
AZXEBER.COM xəbər verir ki, o, evlilikdən öncə insanların bir-birilərini tanıması üçün maraqlı təklif irəli sürüb.
Avşar "Evliliklər 5 illik müqavilə ilə olsun. İnsanlar heç olmasa həyəcanla bir-birlərini gözləsin. Arabir öz özlərinə sual versinlər ki, "görəsən, 5 ildən sonra mənimlə evliliyinə davam edəcəkmi?” Bu, mümkün deyil?”.
Onun səsləndirdiyi bu fikirlər sosial medianı iki hissəyə bölüb. Kimisi Avşar ilə razılaşarkən, bir qism izləyici isə bunun doğru bir addım olmadığını deyib.