"İstanbulda hər şey ucuzdur deyənlər, Türkiyədə o haradadır? Mən şokdayam. Bakıda aldığım türk malı burada 15-20 faiz bahadır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova sosial şəbəkədə yazıb. Sənətçi Türkiyədəki qiymət bahalığından gileylənib:
"Devalvasiyanı anlayıram. Lirə olaraq qiymət dəyişilməsi ola bilər, amma valyuta qiymətini də artırırlar axı. Aptekdən saç lakı və başqa bir şey aldım, 14 manat. Bizdə o, 3-4 manatdır. 90 qəpiklik dərman isə 5,90... İndi hamı deyər ki, o elədir, bu, belədir... Mən misal bunları gətirdim. Hotel qiymətindən tutmuş hər şey eyni haldır. Hər şey belədir. Ölkəmizin qədrini bilək. Bahalaşma bütün dünyada var, amma bizdə bura nisbətən çox yaxşıdır. Allah hamımıza kömək olsun, bu bayramda Allah niyyətlərimizi qəbul etsin".
Qeyd edək ki, İlhamənin Türkiyə səfərinin məqsədi Xalq artisti Salman Qəmbərov “Bakustic Jazz” layihəsi çərçivəsində keçirilən konsertdə çıxış etmək olub.