![Röya Sumqayıtda konsert verəcək Röya Sumqayıtda konsert verəcək](https://img.shownews.az/news/2024/04/photo_14680.jpg)
Xalq artisti Röya Ayxan Sumqayıtda solo konsertə hazırlaşır.
Müğənninin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, sənətçi mayın 18-də Kimyaçı Mədəniyyyət Sarayında səhnəyə çıxacaq. Xalq artisti iki saat ərzində pərəstişkarlarına sevilən mahnılarını canlı təqdim edəcək. Qeyd edək ki, estrada ulduzun digər şəhərlərdə konserti nəzərdə tutulur.