Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb.
OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:
“Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə, Azərbaycan və Ermənistan arasında razılığa gəlinərək, Qazaxın dörd kəndini işğaldan azad etmişdik. Gözün aydın, Azərbaycan. Bu məqamda yalnız şərəf, fəxrlə bir kəlməni söyləyə bilərəm. Qarabağ Azərbaycandır”, - deyə, Muxtarova söyləyib.
Daha sonra müğənni Zamiq Hüseynov səhnə alıb və “Ey Vətən” mahnısını səsləndirib.