Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib.
O, bu barədə Axar.az-a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib.
“O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbədə qarşılayıb dedilər ki, telefonu açıq saxla, əlaqə saxlayacağıq. Tədbirlər olur, ona belə çağırmırlar. Çağırılanlar da göz önündə. Yəqin, elə bilirlər, biz çox səviyyəsiz adamlarıq. Vallah, çoxundan qat-qat səviyyəliyəm, qoruduğum dəyərlər var, dövləti, milləti, vətəni sevirəm”, - deyə, o, söyləyib.
E. Cəfərov həmçinin, fəxri adının olmamasıyla bağlı sualı cavablandırıb:
“Deyirəm ki, Mədəniyyət Nazirliyi qapıdan içəri buraxmır, fəxri ad verəcəklər? Kimsə bu ada təqdim etməlidir, ya yox? Yoxsa, rusdilli deyilik deyə? Görünür, onlar daha çox bu “sekta”ya yönəlirlər. Mənə cənab Prezident fəxri ad versə, təbii ki, xoş olar. Amma ora gedib çıxmaq üçün prosedur var və o da bəllidir. Mənim onlarla heç bir problemim yoxdur, bəyəndiyim işləri də var, sadəcə, vəziyyətin necə olduğunu deyirəm”.