“Evinizə alıb işlətdiyiniz adamlara diqqət edib. Çox istərdim ki, burada fotosunu paylaşım, amma təəssüf ki, haqlı ikən haqsız vəziyyətə düşəcəyəm. Ona görə paylaşmıram”.
OLAY yazır ki, bu sözləri influenser Nagehan Abdullayeva ötən gün itinin evdən oğurlanması ilə bağlı yazıb.
O bildirib ki, polisə müraciət edəcək:
“Hazırda necə canım yanır, sizə izah edə bilmərəm... Övladımdan fərqsiz idi. Bir neçə saat ərzində saçlarım ovuc-ovuc əlimə gəldi...”.