Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb.
Aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb.
"Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb və buna görə əməliyyat olunub" deyə, Elgiz bildirib.
Z.Bayramova "Hər şey qaydasındadır. Polip var idi, əməliyyatla götürüldü" deyə, xəstəliyi haqda açıqlamasında söyləyib.
Qeyd edək ki, Z.Bayramova uzun müddətdir xərçəngdən əziyyət çəkir. Onun mədəsində şiş aşkarlanıb və bir dəfə əməliyyat olunub.