Rəqqasə Fatimə Fətəliyeva biznesinə görə məhkəməlik olub.
OLAY yazır ki, sənətçi bu barədə “Günaydın Azərbaycan” verilişində danışıb. O bildirib ki, gözəllik mərkəzinin adına görə problem yaşayıb:
“Əvvəl məclislərə rəqqasə kimi gedirdim. Artıq yox. Bu gün böyük bir mərkəzin rəhbəriyəm. İllərdir salonumun adı eynidir. Amma eşitdim ki, məni məhkəməyə veriblər. Dünən də məni məhkəməyə dəvət etmişdilər, bir həftə sonraya təxirə düşdü. İki-üç həftə dedilər ki, bu addan istifadə edə bilməzsiniz, bizim lisenziyamız var. Mən də dedim ki, 5-6 ildir salonun adı belədir. 30-a yaxın işçim var, rəqs məktəbim də oradadır. Mən də adını dəyişdim, öz adımı verdim. İlk dəfə xarici adı vermişdim, dedilər xairici olmaz, adını fərqli qoydum. Çoxunuz gözləyirdiniz ki, Fatimə batacaq. Amma mən batmayacağam. Qoç bürcüyəm. Axıra kimi gedəcəyəm”.