Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:
"Gözümün işığı, ən sevdiyim adam olsun, mən yemək yeyəndə birdən bununla bağlı hanısa zarafat edər, elə bil başımda sinirin üstünə basar. Bir dəfə çəkiliş meydançasında idik. Yemək vaxtı idi. Çox iştahlı yeyirəm, yemirəmsə, yemirəm. Hiss etdim ki, çox hörmətli biri əlini süfrədən çəkib mənə baxır. Ürəyimdə düşündüm ki, inşallah heç nə deməz. Çox hörmətli də biridir. Baxıb dedi ki, "Ay Dilarə başını bir qaldır, bəlkə doymusan?"Yeməyi qabağımdan çəkib durub getdim. Bu, 2010-cu ildə olub. Üstündən 14 ildir keçib. Həmin adamı indi danışdırmıram. Adını demirəm. Birdən mən yemək yeyəndə yanımda kimsə mənə "sən nə qədər yeyirsən?" desin. Özümdən asılı deyil, küsürəm".