Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb.
O, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:
“Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədər insan gördüm ki, işləmək istəmir. Belə vəziyyətdə xahiş edirəm, övlad dünyaya gətirib onu da süründürməyin. Bu videoya baxdım, şərhləri də oxudum. Çox insan bir şey yazır. Haradadır o varlılar, iş adamları kömək etsin. Mən də öz düşüncəmi deyim sizə. Heç kimin heç nəyə və heç kimə borcu yoxdur. Ancaq heç kimin də haqqı yoxdur kiminsə həyatını məhv etsin. Bir insan düşünməlidir ki, birinin həyatına girirəmsə, ən azından onun həyatına bir qatqım olacaq? Həm mənəvi, həm maddi. Yox, bir insana xeyrin dəymirsə, ziyanın da dəyməsin. Ən azından bu qızın əvvəlki həyat tərzi, rutini nə idisə, onu et. Etmirsən, bacarmırsan? O zaman başqalarını da özünlə süründürmə. Hər şey qarşılıqlı anlayışla olmalıdır. Yox, kişi məni nə cür görmək istəyirsə, xarakterimdən, istəklərimdən keçəcəyəm deyə bir şey düşünmürəm. Hər kəsin bir xarakteri, əqidəsi var”.