Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Bakı marafonu 2024”ə start verilib.
OLAY yazır ki, yarışda bir çox məşhur sima da iştirak edib.
Marafonda Xalq artistləri Röya Ayxan, Tünzalə Ağayeva, müğənnilər Sevda Yahyayeva, Nigar Camal, Nura Suri, Səmra Rəhimli, Mehin Hümbətova, Zamiq Hüseynov, Ayaz Babayev, Kazım Can, aparıcılar Zaur və Günay Baxşəliyevlər kimi simalar yer alıb.
Qeyd edək ki, yarışın start işarəsini Xalq artisti Aygün Kazımova verib. “Bakı marafonu” 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunur. Bu, Aygün Kazımovanın sayca dördüncü start fitini verməsidir.