"İl yarımdı atamı itirdim. Anam dözə bilmədi. Birinci 22 yaşlı qardaşım dünyasını dəyişdi. Anam hər gün ağlayırdı. Atamdan sonra lap pis oldu. Dekabrın 28-də atamın ad günü idi, hamı onun qəbrini ziyarətə getdi. Anam orada deyib ki, Fətulla yanında yer elə gələcəm".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Elgizlə izlə" proqramında deyib. O bildirib ki, 31 dekabr günü anasını dəfn edib. Kərim anasının dəm qazından zəhərləndiyini söyləyib:
"30 dekabr günü oğluma dedim ki, geyin get nənənin yanına. Biz bir yerdə yaşayırıq: o, yuxarı mərtəbədə, biz aşağıda. Uşaq gedib ki, anam hamamdadı. Gördüm qayıtmadı. Yoldaşımı göndərdim ki, get gör nə olub? Gəldi ki, yıxılıb, dünyasını dəyişib. Anam hamamda dəm qazından ölüb.
Hər bir ana-balanın arasında söz-söhbət olur. İncikli olan balalara deyirəm, ananızın qədrini bilin. Sizi söysə də, gülün, mənim kimi olmayın. Şou-biznes nümayəndəsiyəm, anam məni qınayırdı, dalaşırdı. Bizim aramızda inciklik olurdu. Ananın qədrini bilin, sonra peşmançılıq çəkməyəsiniz deyə".