“Aşkı Memnu” serialında Firdevs obrazını canlandıran məşhur aktrisa Nebahat Çehre xəstəxanaya yerləşdirilib və ürəyinə stent qoyulub.
Aktrisanın meneceri Selçuk Kaya sosial media hesabında hazırda onun vəziyyətinin normal olduğunu açıqlayıb: “Dəyərli aktrisamız Nebahat Çehrenin vəziyyəti yaxşıdır. Hazırda öz evində istirahət edir”.
Qeyd edək ki, 80 yaşlı aktrisa 1961-ci ildən bəri bir çox film və seriallarda rol alıb.