Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Eldar, biabırçılıqdır, istefa ver" - FOTOLAR

"Eldar, biabırçılıqdır, istefa ver" - FOTOLAR

"Avroviziya" təmsilçilərimiz İlkin Dövlətov və Fahree finala vəsiqə qazana bilməyiblər. 

Axşam.az xəbər verir ki, nəticələr açıqlandıqdan sonra sosial şəbəkədə tənqid olunan Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımov olub. İnsanların əksəriyyəti beynəlxalq yarışdakı uğursuzluğun səbəbini Eldarda görüblər. 

Eldarın instaqram hesabındakı sonuncu paylaşımına ötən gecədən bu yana yüzlərlə şərh yazılıb. 

İnsanların hamısı şərhdə Eldarın bu postdan istefa verməli olduğunu qeyd ediblər. 

İfaçıya "Eldar, deleqasiyadan get, təcrübəsiz ifaçıları ora niyə yollamısan?", "Eldar, deleqasiyadan getməyin vaxtıdır. 2 ildir finala çıxa bilmirik", "Avroviziya" sənlik deyil, əl çək", "Eldar, biabırçılıqdır, istefa ver" kimi şərhlər yazılıb.