Xalq artisti Aygün Kazımova yenə geyimi ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, müğənni yeni fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Pop kraliça "Vetements" brendindən qısa libas geyinib. Paltarın qiyməti 1375 dollar, yəni 2337 manatdır. Kazımova görünüşünü "Dolce & Gabbana" brendinə məxsus eynəklə tamamlayıb. Eynəyin qiyməti 425 dollar, yəni 722 manatdır.