Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Röya Ayxan Heydər Əliyevə həsr etdiyi klipini təqdim etdi - VİDEO

Röya Ayxan Heydər Əliyevə həsr etdiyi klipini təqdim etdi - VİDEO

Xalq artisti Röya Ayxan “Dünya” adlı yeni musiqi layihəsini təqdim edib.   

Sözləri Şahin İsmayılov, musiqisi Fərid Kərimliyə aid bəstəni rejissor Roman Yaşar ekranlaşdırıb.   

Klip Bakının Fəvvarələr Meydanı, Nizami küçəsi, Dənizkənarı Bulvar ərazisində lentə alınıb. Klipdə Bakı sakinləri, T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin kiçik siniflərinin xoru iştirak edib.   

Röya Ayxan layihəni Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr etdiyini vurğulayıb:   “Bu dünyada sevgi, hüzur, sülh var. Hansı ki, onları yaşatmaq bizim əlimizdədir. Elə sevgilər var ki, görmədiyin bir insana qarşı həmişə var olur. Baxın, bu uşaqlar kimi…   

Heydər Əliyevi görməyən nəsil belə bizimlə eyni duyğuları yaşayır.    Biz çox şanslı nəsilik ki, Ulu Öndər Heydər Əliyevlə eyni dövrdə yaşamışıq.  

Ümummilli liderimizi belə anmaq istədim. Özəl gündə sevgi dolu layihəmi sizlərə əmanət edirəm”.