"Avroviziya 2024"ün Azərbaycan seçimlərində münsif kürsüsündə əyləşən sənət adamlarının adları bəlli olub.
Seçim turunda münsif kimi Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, "Avroviziya 2011" qalibi Nigar Camal, rejissor Emil Quliyev, aparıcı Könül Arifqızı, bloger Aynişan Quliyeva olub.
Azərbaycanın münsiflər heyəti yarışmada 12 xalı İsveçrəyə veriblər.
Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyiblər.
Yarışmanın qalibi isə İsveçrə təmsilçisi Nemo olub. O, ölkəsini “The Code” mahnısı ilə qalib edib.