Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bütün problemlər məndədir” - ELÇİN BOŞANMASINDAN DANIŞDI

“Bütün problemlər məndədir” - ELÇİN BOŞANMASINDAN DANIŞDI

Müğənni Elçin Cəfərov rəsmi boşandığını etiraf edib. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "PrimeTime"a açıqlamasında deyib. O bildirib ki, həyat yoldaşı Aydanla boşanma xəbərləri düzdür:

"Rəsmi sənətdə bioşanma var, ayrılmışıq. Amma mən heç bir şeyə sənədlə baxmıram. Gedirsən ailə qurursan, yazırlar ailə qurdular. Boşanırsan, yazırlar boşandılar. 

Bütün problemlər məndədir, çünki evin böyüyü mənəm. Allahdan hər şeyin xeyirlisini istəyirəm. Bizi birləşdirən Allahdır. Nə vaxt olacaq, olmayacaq bilmirəm. Nə vaxt olacaqsa, şükürlər olsun". 

Qeyd edək ki, Elçin Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurmuşdu. Sənətçi boşanma xəbərlərini bundan əvvəl inkar etmişdi. Cütlüyün Can adlı oğul övladı var.