Xalq artisti Aygün Kazımovanın türkiyəli müğənni-bəstəkar Genco Ecerlə duet şəklində oxuduğu "Maşallah" mahnısı Türkiyədə də sevilib.
Türk mediası ifaçıların işbirliyindən yazıb.
"Takvim"də yer alan xəbərdə "Azərbaycanın dünyaca məşhur ulduzu Aygün Kazımova Genco Ecerlə "Maşallah" adlı mahnıda bir araya gəldilər. Onların DMC musiqi şirkətində işıq üzü görən dueti dinləmə rekordu qırır" sözləri yer alıb.
Digər bir məqalədə isə mahnının bütöv versiyasının işıq üzü görmədən TikTok-da viral olduğu yazılıb.
"Maşallah" eyni zamanda Türkiyənin məşhur blogerləri tərəfindən də paylaşılıb.
Qeyd edək ki, bəstənin söz və musiqisi Genco Ecerə məxsusdur. Genco mahnını Pop kraliça üçün yazıb. Klip iki gün içində yutubda 287 min izlənilib. TikTok-da isə mahnıya minlərlə videolar çəkilib.