Müğənni Səidə dadaşova həyat yoldaşı Maqanın ilk evliliyindən danışıb.
Sənətçi bu haqda "Günaylı gün" proqramında danışıb. O bildirib ki, onunla və övladları ilə münasibəti yaxşıdır:
"Aysel xanımı salamlayıram. Yoldaşımın uşaqlarının anasıdır. Birinci xanımıdır. O qədər yaxınıq ki, sanki uşaqlıqdan bir böyümüşük. Yoldaşımın ilk evliliyindən olan uşaqları Ömər və Osman bizə tez-tez gəlir. Tətillərdə bizdə qalırlar. Ev boş qalmır. Oğlum Rafaelin qayğısına qalırlar. Ona qardaşı dərslərində kömək edir, gündəliyini yoxlayır. Ömərlə olanda hər şeyə güvənirəm, dünyanın o başına belə gedərəm. Yeməyini bişirir, dərsinə kömək edir".