"Bəzi aparıcılar var ki, xətirlərini çox istəyirəm, amma aparıcı kimi aparıcı deyil. Ağzının danışığını bilmir. Telekanalların birində çalışan jurnalist həm müxbir, həm də aparıcıdır. Söylədi ki, Nisə xanım, bizim verilişə gəlin və sizin yaradıcılığınız haqda bir proqram edək. Ola bilər ki, mən xəstə, bir az da əsəbi, yorğun idim. Dedim ki, oğlum, sən haqqımda heç nə bilmirsən, mən barədə nə veriliş hazırlayacaqsan?".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Qapqara" yutub layihəsində deyib. Müğənni aparıcıları təqnid edib:
"Düz danışmaq lazımdır. Sən gəncsən. Az qalıb ki, 97 yaşım olsun və hələ də bu günə kimi mənə aparıcılar sual verirlər ki, niyə ailə qurmamısınız? Bu sualdan sonra istəyirsən saçının diblərini göstərəsən ki, artıq başımda ağ tüklər var, nə ailə qurmaq... Yəni belə aparıcılarla heç bir ünsiyyət qurmaq olmur. Bir sözlə, onlarla söhbət alınmır".