Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Uşaqlara demişəm ki, qocalanda telefonu əlimdən alın ki…”

"Uşaqlara demişəm ki, qocalanda telefonu əlimdən alın ki…”

"Onu bilirəm ki, nəvəmi çəkib instaqramda paylaşmayacağam. Evdə uşaqlarıma demişəm ki, qocalanda telefonu əlimdən alın. Birdən düzgün davranmaram". 

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" verilişində deyib. O, yaşlı nəsin nümayəndələrinin sosial şəbəkədə onlara yaraşmayan hərəkətlər etdiyini bildirib:

"Çünki bəzi ağbirçək, ağsaqqallara baxıram, yaraşmayan hərəkətlər edirlər. Hər şeyi çəkib paylaşırlar. Allah bizim ağlımızı başımızdan almasınlar. Evdə hər şey edə bilərsən, amma paylaşa bilməzsən. Pərdə nə üçündür? Mənası böyükdür. Pərdəni çəkirsən ki, evin içini də görməsinlər. Bir çox insanlar isə o pərdəni çəkib və çıxıb küçəyə. İnsan müasir ola bilər, amma bizim mənəvi dəyərlərimiz, olmazlarımız var".