"Azərbaycanda yaşayırsan, hamı deyir, niyə ərə getmirsən? Efirə çıxırsan, ancaq ərdən danışırlar. 40 yaşıma çatmışam, ərdən danışırlar. Düşünürdüm ki, nə edim, ər mövzusu olmasın. Bezdim, həyatda özümə yol seçmədim ki, mütləq kiməsə görə ərə gedim, camaata nəsə sübut edim. Həyat belə oldu. Qismət oldu, dedi, Səidə toyunu et".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Günaylı gün" verilişində deyib. Sənətçi ona ünvanlanan suallardan bezdiyini söyləyib:
"İndi də dəbə düşüb ki, uşaq olmur? Kişidir, sual verir ki, uşaq olmur? Deyirəm, get, işinlə məşğul ol".