Məşhur amerikalı müğənni Madonna yenidən məhkəməlik olub.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, yenə pərəstişkarlarından biri müğənnini konsertində çılpaq şouya yer verməkdə günahlandıraraq məhkəməyə verib.
Qeyd edək ki, oxşar hadisə bundan əvvəl də yaşanıb. Belə ki, pərəstişkarı müğənnini çılpaq şou göstərilən konsert verdiyinə görə ittiham edərək məhkəməyə vermişdi.