"Anamın dünyada 1 saat artıq yaşaması üçün hər şeyimdən keçdim. Amma bacarmadım...".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Bizimləsən" verilişində deyib. O, valideyni ilə bağlı danışarkən kövrəlib:
"Sona qədər qolunda sistemlər var idi. Həkimlər dedi ki, "Əl çəkin bu qadından, qoy, rahat canını versin". Cavab verdim ki, yox, heç olmazsa gözünü açıb bir saniyəlik mənə baxsın. Kaş anam sağ olardı".