İlk dəfə 2 iyun 1975-ci ildə Fransada fahişələrin polisə şikayətlərinin ciddiyə alınmamasına etiraz etmək məqsədilə Lion şəhərində bir kilsəni ələ keçiriblər. Elə həmin ildən, artıq 46 ildir ki, hər il dünyada 2 iyun fahişələr günü kimi qeyd olunur.
Mental dəyərlərimizə görə bu mövzu cəmiyyətimizdə müzakirəsi çətin olan çox ciddi bir məsələdir.
Hələ sovet dönəmində indiki postsovet ölkələrində fahişəlik qadağan edilsə də bir çox qadın bu qədim peşə ilə məşğul idi. Hətta Sovet yüksəkçinli məmurlar hörmətli qonaqları üçün xüsusi eskort xidmətləri də təqdim edirdi.
Tarix amansızdır, hələ qədim zamanlardan fahişəlik geniş vüsət alıb və bu adlarla məşhurlaşan qadınlar olub.
Bu yerdə ermənilərin Anait adlı məşhur fahişə qadınını da xatırlatmasaq olmaz. Hətta avropalı səyyah və tarixçilər Anaiti fahişəlik ilahəsi adlandırıb. Əslində Anait priton sahibi olub və kasıb erməni qızlarını ora cəlb edərək bədənlərini satmaqla onlara pul qazandırıb.
Bəs, insanlar niyə axı bu işçilərə pul xərcləmək istəyində olurlar? Bu yaxınlarda bu haqda beynəlxalq sorğu keçirilib.
Beynəlxalq sorğuda 18 ilə 70 yaş aralığında 6 ölkədən 700 kişi iştirak edib. Respondentlər müxtəlif səbəblər açıqlayıblar. Kimisi yeni hisslər axtardığını, kimi isə xəyanatə uğradığı üçün bu yola qərar verdiyini söyləyib. Avstriyalı 23 yaşlı bir gənc isə cavabı ilə bunun psixoloji tərəflərini də qabarıq şəkildə göstərir. Belə ki, o, ana nəvazişi görmədiyi və uşaqlıqda qayğıya həsrət qaldığı üçün fahişələrin nəvazişindən özünü daha inamlı hiss etdiyini bildirib.
Müasir dövrdə bir çox ölkələrdə bu peşə leqallaşdırılaraq seks işçilərini qanunla vergi ödəyicisinə çeviriblər. Bu əsas Avropa ölkələrində daha yayqındır. Orada hətta bu adla kiçik şəhərciklər və məhəllələr fəaliyyət göstərir. Məsələn “Qırmızı fənərlər” küçəsi bütün dünyada seks işçilərinin toplaşdığı məşhur yer kimi tanınır.
Bu cür işin leqallaşdırılmasına səbəb kimi, cinsi əlaqə zamanı yayılan bir çox yoluxucu xəstəliklərin qarşının alınması və həkim nəzarətində olması əsas səbəb gətirilir.
Azərbaycanda bu sənətin sahiblərindən ən çox ərəb turistlərinin axını zamanı danışılmağa, yazılmağa başlanıldı. Çünki o zamanlar seks işçiləri olan qadınların öz eskort xidmətlərini açıq-aşkar əcnəbilərə təqdim etməsi cəmiyyət tərəfindən hiddətlə qarşılanırdı. Ölkədə bu işin qadağa olunmasını nəzərə alsaq, bu “şir ürəyi yemiş sənətkarlar” hər yerdə qorxmadan məharətlərini göstərirdilər.
Ancaq unutmaq lazım deyil ki, bu cür xidmətlərin göstərildiyi yerlərdə yoluxucu xəstəliklər də özlərinə yer tapır. Cəmiyyət tərəfindən qəbulu birmənalı şəkildə rədd edilən məsələ fahişəliyin qanunla təsdiq olunması bəlkə də bu xəstəliklərin aradan qaldırılmasına köməklik edər. Çünki, bu xəstəliklərə yoluxan insanlar digər sağlam şəxsləri də yoluxdurub, ölümə məhkum edə bilər.
Sonda bir maraqlı faktı da diqqətə çatdırmaq istərdik. Fahişəlik dedikdə isə nədənsə hər zaman ağıla qadınlar gəlir. Lakin keçirilən sosial sorğu nəticəsində bəlli olub ki, kişilər bu sənətdə heç də qadınlardan geri qalmır.
Məsələn bir müddət əvvəl İsveçrədə keçirilən sosial sorğu nəticəsində bəlli olub ki, ölkənin 2.1 % kişi əhalisi fahişəliklə məşğul olur. Qadınların faiz dərəcəsi isə ancaq 0.8% faiz olub.