Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Nə qədər ki, TikTok var, Azərbaycan ailəsi belə olacaq"

"Nə qədər ki, TikTok var, Azərbaycan ailəsi belə olacaq"

"Hamı sosial şəbəkədədir, amma ora da çıxaracağımız nəsə olsun. Nə zamana gəldik çıxdıq. Sosial şəbəkənin TikTok tərəfi ilə razı deyiləm". 

Axşam.az xəbər verir ki, bu sözləri Mətanət Əliverdiyeva aparıcılığını etdiyi "Xəzər axşamı" verilişində deyib. O, TikTok-un ailələrə təsirindən gileylənib:

"Valideyn və bir tamaşaçı kimi deyim ki, hər gün aparıcı Lalə Azərtaşın "Təsir dairəsi" verilişindəki hadisələri görürəm, saçlarım biz-biz olur. Lalə məni verilişə çağırır, deyirəm ki, yox, gəlsəm sərt danışacağam. Nə qədər ki, TikTok var, Azərbaycan ailəsi belə olacaq. Çünki yerindən duran oradadır. Aləm dəyib biri-birinə. Cavan qızlar nələr edir orada. Sonra da deyirik ki, vay, bizim qızlar niyə belədir? Özünüzü bu yolda olmağa məcbur edirsiniz. Çox pis yoldasınız. Bunu bir valideyn, bacı və ana kimi deyirəm. 18-19 yaşlı qızın valideynləri nəzarət etməlidir. Telefonu verdim əlinə və getdi nə istədi etdi məsələsi deyil. Azərbaycan ailəsi TikTok-dakı nümunə deyil".