Əməkdar artist Vəfa Zeynalova açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi “Sabahın xeyir, Azərbaycan” verilişinə müsahibəsi zamanı yeni nəsildən danışıb.
“Ruhum azad olmasa səhnədə ola bilmərəm. Hər hansısa bir obrazı tamaşaçıya düzgün şəkildə çatdıra bilmərəm. Həyatda risk etməyi sevirəm. Əgər bir şeyi beynimə qoydumsa,mütləq gec və ya tez onu edəcəyəm. Desəm ki, bizim nəsil tamam başq atərbiyədə idi. Gənc nəslin xətrinə dəyər. İndiki nəsil də çox zəhmətkeşdir. Amma əndazə məsələsi var. Bizim dövrümüzdə çərçivələr daha çox idi. Biz elə tərbiyə almışdıq ki, bizim üçün əvvəlcə böyüklər idi. İndiki gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar. Ən ağrıdıcı tərəfi isə sadəcə budur”, - deyə, Zeynalova bildirib.
O, qızları ilə bağlı suala gəlincə bunları söyləyib:
“Əkiz qızlarımla ortaq məxrəcin yolunu tapırıq. Çünki qarşılıqlı məsləhət edirik. Onlar öz, mən isə öz fikrimi deyirəm. Bir-birimizin fikrini hörmət edib ortaq məxrəc tapırıq”.