Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Tolik doğum günündə 45 uşağa kiçik toy etdi

Tolik doğum günündə 45 uşağa kiçik toy etdi

Bu gün prodüser və aparıcı Tarix Əliyevin doğum günüdür.

SHOWNEWS.AZ xəbər verir ki, səbəbkar özəl günündə hər il keçirdiyi xeyriyyə aksiyası bu il də təkrarlayıb. 
 

T. Əliyev maddi imkanı zəif olan 45 ailənin övladını sünnət etdirib.

Tədbir "Neolit" restoranında keçirilib. Tədbirdə Xalq artisti Röya Ayxan, müğənni Nəsimi Məmmədov, meyxanaçı Oqtay Lökbatanlı səhnə alıb.

Şəhid anaları da tədbirə xüsusi qonaq kimi dəvət olunub  

Xalq artisti Röya Ayxan sünnət toyunda 45  uşağın  geyindiyi bəylik kostyumunu onlara hədiyyə edib. 

"TAZR MEBEL"in rəhbəri Könül Əsədova isə uşaqları oyuncaqlarla sevindirib.