Türk aktyor Oktay Kaynarca Azərbaycanla bağlı maraqlı açıqlama verib.
Sənətçi bu barədə “Biz-bize” verilişində danışıb. O, ölkəmizdə çox sevilməsindən söz açıb:
“Azərbaycan mənim üçün qəribə yerdir. Oradan olan maraq məni çox təəəccübləndirir. İnstaqramda ən çox izlənildiyim şəhərlər sırasında Bakı üçüncüdür. Çox qəribədir. Məni o qədər oradan biri kimi görürlər ki... Bir müddət sonra mən də öyrəşdim. Dedim ki, axırda gəlib orada millət vəkili olacağam. Bu, çox dəyərlidir”.