"Özümü dəli sevgidən qoruyuram. Dəlixanaya düşməmək üçün".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Hüseynova bacıları" verilişində deyib. müğənni sevgidən qorxduğunu söyləyib:
"Sevəndə çox sevirəm. Bilirəm ki, sevginin əndazəsini aşanda insanı uçuruma aparır. Ondan iyrənməmək üçün qədərində sevməlisən ki, nifrət etməyəsən. Sevəndə çox qısqanc oluram. Özümü tənzimləyirəm. Hisslərimlə yox, çalışıram ağlımla həll edim".