Aktyor Nicat Rəhimov ata olub.
Axşam.az xəbər verir ki, bu haqda aparıcı İlkin Həsəni məlumat yayıb. O bildirib ki, Nicatın qızı dünyaya gəlib.
"Nə gözəl xəbər, çox şükür. "Qız ataları klubuna" xoş gəldin, əziz qardaş" deyə, İlkin paylaşımında yazıb.
Aktyorun xanımı Ülviyyə Rəhimova isə bloger Nigar Seyidin onlara yazdığı "Ana və ata oldular. Çox sevincliyəm" paylaşımını yayımlayıb.
Qeyd edək ki, N.Rəhimov bir müddət əvvəl açıqlamasında "5 ilə yaxındır ailə qurmuşam, övladım yoxdur. Düzdür, əvvəl niyə olmur, filan, çox suallar olurdu. Hansısa yaxın adamlar soruşurdu niyə olmur. Onu buraxmışam Allaha. Allah indi onu məsləhət görmürsə, qismət etmirsə, demək o, bilir nə edir" sözlərini demişdi.