Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Kişi kimi davranan kişilərə həsrət qaldım"

"Kişi kimi davranan kişilərə həsrət qaldım"

Türkiyəli aktrisa Evrim Alasya son açıqlaması ilə diqqətləri üzərinə çəkib.

Axşam.az xəbər verir ki, aktrisa dövrün kişilərindən narazılıq edib.

"Kişi kimi davranan kişilərə həsrət qaldım. Nəzakət qaydaları artıq münasibətlərdə qalmadı. Bir şeyi zorla etdirincə, mənası qalmır. Hərdən öz-özümə sual verirəm ki, bu vəziyyət bəlkə biz qadınlardan qaynaqlanır? Çünki qadınla kişi arasında tarazılıq deyilən şey qalmayıb" detyə, Evrim bildirib.

Qeyd edək ki, aktrisa hazırda "Kızılcık şerbeti" serialında "Kıvılcım" obrazına həyat verir. Maraqlıdır ki, aktrisanın rolu da cəmiyyətdə qadınlara aşağıdan yuxarı baxan kişilərlə mübarizə aparması ilə bağlıdır.