Aparıcı Çinarə Əliyeva ilk dəfə övladını itirməsindən danışıb.
Bununla bağlı o, instaqramda açıqlama yayıb:
“Bu postum izləyicilərim üçündür. Artıq hadisədən xəbəriniz var. Çox çətin anlar yaşayıram. Bilirəm, bu da keçəcək. 28-ci həftədən biz bu xəbəri bilirdik. Amma şansımız var deyirdik. Artıq görünəndə gec idi. Mən də dedim ki, uşaq qalsın. Əməliyyat edək, bəlkə, 5 faiz yaşamağa şansı olar. Yenə də hər şey Allahın əlindədir. Demək belə olmalı imiş. Azərbaycanın ən savadlı həkimlərini gəzmişik. Hamı eyni şeyi deyirdi. Bir onu deyim ki, mən indi əziyyət çəkirəm. İnşallah ki, Allahım mənə bir daha ana olmağı nəsib edər. Buna çox inanıram. Allah heç bir zaman məni darda qoymayıb. Heç kimi qınamayaq. Hər dəqiqə yanımda olan həyat yoldaşım və anama təşəkkür edirəm. Biz çox böyük sınaqdan keçdik”.