Əməkdar artist Coşqun Rəhimov qadınlarla bağlı açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, aktyor "Şən gənc" verilişində ona ünvanlanan "Qadına üz vermək yaxşıdır, yoxsa pis" sualına belə cavab verib:
"Qadına qədərində üz vermək lazımdır. Qədərində edəndə başında tük azalmır. Qadın üz istəməsin. Hər dediyini etmək üz verməkdir. Qadın evin bünövrəsidir, sütunudur. Kişinin başı işləmir, qadına nə olub? Ailədə qadının başı işləməlidir".