"Avroviziya" təmsilçilərimiz Nigar Camal, Aysel Teymurzadə və Safurə Əliyeva bir araya gəlib.
Onlar şair, pianoçu Zəhra Bədəlbəylinin toyunda görüşüblər. Birlikdə çəkilən fotonu isə Nigar instaqram hesabında yayımlayıb.
"Sizi görmək çox xoş oldu" deyə, Nigar paylaşımında yazıb.
Qeyd edək ki, Safurə Türkiyədə yaşayır. O, toyda yer almaq üçün Bakıya gəlib.