Müğənni Nura Suri metro və avtobuslarda gediş haqqının artırılmasına etiraz edib.
Nura bununla bağlı feysbuk hesabında status paylaşıb.
“Kasıbları da qovun ölkədən, rahatlaşın. Tarif şurası”, - deyə, N. Suri vurğulayıb.
Qeyd edək ki, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərr verib.
Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Digər qərara əsasən müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri artırılıb.
Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib.