Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dilarə “əqrəblər kraliçası” oldu - FOTOLAR

Dilarə “əqrəblər kraliçası” oldu - FOTOLAR

Müğənni Dilarə Kazımova daha bir səs-küylü fotosessiyasını təqdim edib.     

Başına tac qoyub və bahalı boyunbağı ilə  obyektiv qarşısına keçən sənətçi cəsarətli addımını şərh etməyi unutmayıb:  

 "Səhnədə olduğum illər ərzində daim qalmaqaldan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam. Hətta israrla deyirəm ki, bu məndə alınır. Başımda iri tac və əqrəb formalı boyunbağı ilə şəkil çəkdirmək istəyim, öz ideyam oldu.  Dizayner dostum İlahə Məmmədova bu fikrimi dəstəklədi və çox qısa zamanda aksessuarları mənim üçün hazırladı. Çəkiliş dəniz kənarında gerçəkləşdi. Fotoqraf Oruc Oruclu ilə birgə çalışmaqdan məmnun qaldım. Fotosessiyanın uğurlu alınmasında menecerim Elton Hacıyevin də zəhməti də az olmadı. Yəqin ki, oxucular yaratdığım obrazı gözəl qarşılayacaqlar. Özüm-özümü tərifləmək istəmirəm. Amma həqiqətən Dilarə olaraq həmişə seçilmişəm. Məncə bu əqrəb boyunbağı məndən başqa heç bir qadın müğənnisinə yaraşmaz. İnanmıram ki, kimsə bu ideyamı təkrarlayıb, boğazına boyunbağ taxar”,– deyə, estrada ulduzu əlavə edib.   

Əl işi olan əqrəb formalı qızıl boyunbağı üçün 500-dən çox “Swarovski” daşlardan hazırlanıb.  

Məlum olub ki, dizaynerin  müəllifi olduğu aksesuar 1 aya hazırlanıb.