Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Toyda çıxışı üçün 10 milyon dollar aldı - GEYİMİ DANIŞILDI

Toyda çıxışı üçün 10 milyon dollar aldı - GEYİMİ DANIŞILDI

Hindistanlı milyarder, iş adamı Mukeş Ambani 28 yaşlı oğlu Anant Ambaninin toyu şərəfinə növbəti şənlik təşkil edib.

Axşam.az xəbər verir ki, gecənin əsas ulduzu bu dəfə dünyaca məşhur kanadalı müğənni Castin Biber olub. O, Bollivud ulduzlarının da iştirak etdiyi tədbirdə qonaqlar qarşısında bir saatlıq çıxış etmək üçün 10 milyon dollar alıb.

Xatırladaq ki, Anant Hindistanlı milyarder Viren Merçantin qızı, 29 yaşlı Radhika Merçantla nişanlıdır. İyulun 12-də onların toyu olacaq.

Bundan əvvəl təşkil olunan şənliklərdən birində ziyafətin əsas qonağı 10 milyon dollar qonorar alan Rihanna olub.

Qeyd edək ki, Castin Biberin model həyat yoldaşı Heyli Biber hamilədir. Müğənni özü 2022-ci ildə üzünün sağ hissəsinin iflic olması səbəbindən konsert fəaliyyətinə fasilə vermişdi.