Əməkdar artist Lalə Məmmədova şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
OLAY yazır ki, bu barədə sənətçi “Həftənin qonağı” verilişində danışıb. Müğənni deyib ki, boşanma qərarını verən tərəf keçmiş həyat yoldaşı İlham Qafarov olub:
“Ayrılıq qərarı onun tərəfindən gəldi. Ona da çox minnətdaram. Çünki çox doğru qərar idi. Nə gizlədim, mənim üçün böyük zərbə oldu. Bətnimdə ikinci övladım var idi. Gəlib, “ayrılaq” demədi. Birbaşa məhkəmədən kağız gəldi. Onda mən qərar vermişdim ki, övladımı dünyaya gətirəcəm. Çünki Allahın verdiyi paydır. Sonradan fikirləşdim ki, kaş boşanma qərarını mən ayılıb, daha tez verərdim. Əsas səbəblərindəın biri ikinci uşağı istəməməyi idi. Birinci övladımızda istəyib-istəmədiyini hiss etmədim. Amma ikincidə konkret şərt qoydu. Heç bir şeyə görə peşman deyiləm. Bu, mənim həyatımdır və bunları yaşamalı idim”.