"Yaş 19" serialı ilə ekranlara qayıdan Hülya Avşar istəyi ilə hər kəsi təəccübləndirib.
SHOWNEWS.AZ xəbər verir ki, o, film heyətindən idman zalı qurulmasını tələb edib. Hülya bu qəribə istəyinə aydınlıq da gətirib:
“Tələblərim yerinə yetirilməsə işləyə bilmirəm. Serialda çəkilmək üçün kiçik idman zalı qurmalarını istədim. Bu saatdan sonra rahatlığımı nəyəsə qurban vermək fikrim yoxdur” deyə, Avşar, bildirib.
Hülya serialın hər bölümü üçün 120 min lirə (27 min 816 manat) alacaq.
Qeyd edək ki, H. Avşar 4 ildir ki, heç bir serialda rol almır.